Kondisioner. M- seriyalı məişət kondisionerləri

MİTSUBİSHİ ELECTRİC şirkətinin zavodlarında keyfiyyətə nəzarət vahid sistemi həyata keçirilir. Zavoda daxil olan material və məmulatların  texniki şərtlərə uyğunluğu giriş nəzarəti vasitəsi ilə müəyən edilir. İstehsalatın hər bir mərhələsində keyfiyyətə nəzarət edilir. Konveyerdən çıxan hər bir kondisioner 20 dəq. ərzində əməliyyat testi keçir  və bu testin nəticələri ,həmçinin işçi heyət barədə məlumat bir neçə il kompyuterdə saxlanılır. Bundan əlavə partiyadan olan bir neçə kondisioner zavodun laboratoriyalarında əlavə gücləndirilmiş yoxlamadan keçir.

DELUXE modellərinin iç bloku ikikanallı plazma filtrasiyalı sistem ilə, həmçinin ozon sterilizasiyalı rejim ilə təchiz edilmişdir. Bu modellərdə İ-SEE texnologiyasından istifadə edilir ki, kondisioner xüsusi sensoru vasitəsi ilə ətrafda olan yerlərin temperaturunu məsafədən ölçə bilir. Bu otağın sahəsində bərabər soyutma və ya isitməni təmin edir. Belə ki, rejim xüsusi ilə uşaq otağı üçün vacibdir ki, otağın döşəməsində hər bir yer bərabər isidilir və pəncərə ətrafında soyuq zonaların əmələ gəlməsinin qarşısı alınır.      

MİTSUBİSHİ ELECTRİC şirkətinin mühəndisləri məişət kondisionerlərinin iç bloklarında səsin aşağı səviiyədə (19 db.) olmasını və sistemin yüksək enerji effektliyini üstün göstəricilərdən hesab edirlər.

 Bütün məişət kondisionerləri avtomotik rejimdə (İ FEEL funksiyası ) qeyri səlis məntiq nəzəriyyəsinin ( fuzzy logik )  üsulları və alqoritmlərindən istifadə edir. İstifadəçi İ FELL rejimini seçən zaman mikroprosessor otaqda olan temperaturu  müəyyən edir və sərbəst olaraq “soyutma”, “qurutma” və ya “isitmə” rejimini seçir və bu rejimə uyğun temperaturu təyin edir. İstifadəçi nə vaxt narahatçılıq hiss etsə TOO COOL və ya TOO WARM düyməsini basır, bu zaman sistem otaqda olan mövcud temperaturu və rejimləri analiz edərək əvvəl təyin edilmiş temperaturu uyğun temperatura dəyişir. Bu funksiya kondisionerə temperatur rejiminin daha dəqiq seçilməsi və saxlanmasına imkanı verir.

 Hər bir məişət kondisionerində elektrik kəsilməsindən sonra avtomotik təkrar işədüşmə funksiyası vardır ki, bu halda kondisionerin probləmə qədər olan vəziyyəti barədə məlumat ( qoşulub, söndürülüb, seçilmiş temperatur və s. ) elektrik asılılığı  olmayan yaddaşa düşür və gərginlik olmayan müddət ərzində  saxlanılır.

İç blokun idarəetmə sxemi üçün impulslu gərginlik mənbəyindən istifadə edilir ki, bunun nəticəsində iç blokun qabarit ölçülərinin, çəkisinin, enerji israfçılığının azaldılması imkanı yaranır. İmpulslu gərginlik bloku, həmçinin elektrik gərginliyinin monitor-mikrosxeması şəbəkə gərginliyinin uğursuzluğu anlarında iç blokun əsas mikronəzarət funksuyasının “donma”sının qarşısını alır. 

Kondisioner. Mr.Slim seriyalı yarımsənaye kondisionerləri

MITSUBISHI ELECTRIC şirkəti soyutma məhsuldarlığı 4,3-dən 58 kVt-a qədər olan 5 növ yarımsənaye seriyalı kondisionerləri təklif edir. Mr.Slim seriyası daxili blokların müxtəlifliyi, çevik idarəetmə sistemləri, iç və çöl blokların arasında məsafənin maksimum uzaqlıqda olması və geniş diapazonlu çöl temperaturunda işləməsi ilə fərqlənir. Mr.Slim seriyalı kondisionerlərin texniki xüsusiyyətləri onlardan istənilən məkanda geniş isifadə imkanı verir. Bu xüsusiyyətlər:

     -   iç blokların 49 modelinin olması;

     -   iç və çöl blokları arasında məsafənin  120 m-ə qədər, hündürlüyün 50 m-ə qədər olması;

     -   30 m-ə qədər boru xəttinin əlavə freon vurulmadan çəkilməsi;

     -   bir çöl bloka dörd iç blokun qoşulması (sinxron multisistem);

     -   -180 C-yə qədər çöl temperaturunda soyutma rejimində işləməsi;

     -   -250 C-yə qədər (ZUBADAN İNVERTER) isitmə rejimində işləməsi;             

     -   öz-özünü diaqnostika və əməliyyat parametrlərinə nəzarət etməsi imkanları    ilə seçilir. 

Ozon qatına qarşı təhlükəsiz R410A freonlu Power Inverter seriyalı kondisionerləri R22 freonlu köhnə modelləri əvəz edən zaman mövcud magistraldan istifadə etməklə qurmaq olar.

ZUBADAN İNVERTER seriyalı MITSUBISHI ELECTRIC yarımsənaye sistemlərinin isitmə məhsuldarlığı çöl temperaturu -150 C-yə qədər olduqda belə nominal dəyərini saxlayır. Bundan sonra temperaturun enməsi zamanı (istehsalçı zavod sistemin -250 C-yə qədər iş qabiliyyətinə zəmanət verir) isitmə məhsuldarlığı azalmağa başlayır. Lakin bu zaman həm adi sistemlər qarşısında, həm də  Power Inverter seriyalı enerji effektivli sistemlər qarşısında üstünlük saxlanılır.

 

City-Multi VRF sistemləri

City-Multi sistemləri kiçik, orta ofis binaları və ya yaşayış binaları üçün ən yaxşı seçimdir. Dəyişən soyuducu maddə axını ( VRF-Variable Refrigerant Flow ) ilə olan sistemlər ənənəvi sistemlərlə müqayisədə daha qənaətcildirlər. VRF sisteminin üstünlüyü ondan ibarətdir ki, bir çöl blokla eyni vaxtda müxtəlif tipli  (divar, kanal, kasset, döşəmə ) iç blokları işlətmək mümkündür.  City-Multi sistemlərinin üstünlüyü sayəsində getdikcə onlardan çoxmərtəbəli binalarda da istifadə edilir.

City-Multi R2 seriyalı sistemin nadir xüsusiyyəti ondan ibarətdir ki, soyuducu maddənin ümumi konturuna qoşulmuş iç bloklar eyni zamanda həm soyutma rejimində, həm də isitmə rejimində işləyə bilir. Belə ki, ofis binalarında yaz və payız mövsümlərində günəşli tərəfdə olan otaqlar soyudulan zaman əks tərəfdəki otaqlar isidilə bilər. City-Multi R2 seriyalı sistemin üstün cəhətləri daha çox yaşayış binalarında özünü göstərir.  Mərkəzi sistemə qoşulmuş mənzillərin sakinləri məqsədli temperaturun və rejimin seçilməsində özlərini  müstəqil, şəxsi kondisioner sahibi kimi hiss edirlər. R2 seriyası enerji səmərəliliyinə görə Yaponiya soyuducu sistemlər assosiasiyasının xüsusi mükafatını almışdır. R2 seriyası yüksək məhsuldarlıqlı sistemdir.

 Y seriyalı City-Multi sistemləri vasitəsi ilə uşaq konstrukturunda olduğu kimi istənilən konfiqurasiyalı kondisioner sistemi qurmaq olar.  Bu sistemə qoşula bilən iç blokların ümumi məhsuldarlığı 130%-ə qədər ( çöl bloklarını idarə etmək üçün quraşdırılan xüsusi proqram vasitəsi ilə isə 200%-ə qədər ) təşkil edir.City-Multi Y sisteminin əsas mahiyyəti böyük güc qarşısında xüsusi çevik olmasıdır.

 City-Multi W2 seriyalı su ilə soyutma sistemi istiliyin ikiqat bərpası üçün unukal sistemdir. Bu cür sistemlərdən “Göydələn”-lərdə istifadə edilir. Bu binalarda sistemin çöl blokunu böyük hündürlük fərqinə görə binanın damında yerləşdidrmək mümkün deyil. Bundan əlavə blokun binanın daxilində yerləşdirilməsi onu sahil ərazilərində olan sərt mühütdən qorumaq imkanı verir. Çox əhəmiyyətli məsələdir ki, su ilə soyutma sistemləri aşağı çöl temperaturlarında belə işləyə bilir.

 

Multisistem

Məişət seriyalı multisistem 2-dən 8-ə qədər müxtəlif tipli və müəyyən gücdə iç blokların 1 ədəd çöl bloka qoşulma imkanı yaradır. Belə bir sistemdə iç bloklar bib-birindən asılı olmadan işləyir.

 Multisistemi həmçinin “mini-VRF” də adlandırmaq olar. Sistemin iç bloklarının məhsuldarlığı inverterin hesabına asanlıqla tənzimlənir. Bu sistem binaların fasad hissəsində və ya eyvanlarda montajla bağlı problemlərin həllində əvəzedilməzdir.

 Sistem səhv kodlarda özünü diaqnostika funksiyası, eləcə də qorunmanın hər növü ilə təchiz edilmişdir. Sistemin bütün modellərində freon boruların siqnal xətlərinin düzgün qoşulması, həmçinin yanlış qoşulmanın avtomotik korreksiyası nəzərə alınmışdır.

  Yarımsənaye seriyalı multisistem məişət seriyalı multisistemdən fərqli olaraq 1 çöl bloka 4-ə qədər müxtəlif tipli (döşəmə tipindən başqa), lakin eyni gücə malik iç blokların qoşulma imkanı yaradır. Bütün iç bloklar bir mərkəzi pultdan idarə olunur və hamısı sinxron, yəni eyni rejimdə işləyir.

  Yarımsənaye seriyalı multisistem böyük monohəcmli sahələrin müxtəlif zonalarını müvafiq dizayn etmək imkanı verir. 

 

 

Kondisioner